Rusiya Hava-Kosmik Qüvvələri Kiyev vilayətinin Brovarı şəhərindəki Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Baş Elektron Kəşfiyyat Mərkəzinə və F-16 qırıcılarının yerləşdiyi Xmelnitski vilayətindəki Starokostyantinov aerodromuna zərbələr endirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri bu əməliyyatı Ukrayna kəşfiyyatının Rusiyanın MiQ-31 təyyarəsini qaçırmaq planları ilə bağlı təxribata cavab olaraq həyata keçirib.