RU

Kredit kartları ilə əməliyyatların həcmi 1 mlrd. manata yaxın artıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7,3 milyard manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.8% və ya 992 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4,2 milyard manatı elektron ticarət, 1 milyard 629 milyon manatı POS-terminallar, 1 milyard 138 milyon manatı bankomatlar, 269 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il oktyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 116 min təşkil edib.

Избранный
50
3
apa.az

4Источники