RU

İmişlidə beşmərtəbəli binada yanğın baş verib

İmişli rayonu ərazisində yerləşən beşmərtəbəli binada yanğın hadisəsi qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, hadisə saat 12 radələrində İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən beş mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayış olmayan mənzildə qeydə alınıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülüb və yanğın söndürülüb.

Hadisə nəticəsində ümumilikdə 2 kvadratmetr sahə yanıb, bina yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

  • İmişlidə
Избранный
25
3
xezerxeber.az

4Источники