RU

Vaşinqton hava limanında qəza: 18 nəfər yaralandı

Vaşinqton (ABŞ) hava limanında sərnişin daşıyan nəqliyyat vasitəsi terminala çırpılıb.

Avtosfer.az "The New York Post"a istinadən xəbər verir ki, qəza nəticəsində 18 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə Dalles adına beynəlxalq hava limanında qeydə alınıb.

Məlumata görə, yaralı sərnişinlər həyati təhlükəsi olmayan xəsarətlər alıblar.

Hazırda hava limanı normal rejimdə işləyir.

Избранный
40
9
avtosfer.az

10Источники