RU

Əhaliyə VACİB XƏBƏRDARLIQ Bu gün saat 21:00 da…

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünyada bu gecə və sabah saatlarında çox güclü maqnit qasırğaları gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-yer fizikasının İnstitutu məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə üçüncü dəfə səviyyəsi G4 olan "çox güclü" maqnit qasırğası baş verəcək. Bunun səbəbi 9 və 10 noyabrda Günəşdə yaranan yüksək səviyyəli partlayışlar nəticəsində Yerə çatacaq iki plazma bulududur.

Laboratoriyanın məlumatında bildirilir ki, modelləşdirmə nəticələri göstərir ki, bu iki zərbə arasında bir neçə saatlıq fasilə olacaq. İlk hadisənin təsiri artıq 11 noyabr günü Bakı vaxtı ilə saat 19:00-21:00 radələrində başlaya bilər. Bu, G1–G2 səviyyəsində maqnit qasırğalarına və Yerin şərq yarımkürəsində intensiv şimal işıqlarına səbəb olacaq. İkinci və daha güclü bulud isə gecə saatlarında və ya 12 noyabr səhər tezdən Yerə çarpacaq və maqnit qasırğasının pik nöqtəsini G3-G4 səviyyəsində formalaşdıracaq.

Qeyd edilir ki, 2025-ci ildə G4 səviyyəli maqnit qasırğaları yalnız 1 yanvar və 1 iyun tarixlərində müşahidə olunub. Eyni zamanda, maqnit qasırğasının G5 səviyyəsinə, "ekstremal güclü" səviyyəyə - çatması hal-hazırda mümkün sayılmır və yalnız istisnai hallarda baş verə bilər.

Maqnit sahəsinin narahatlığı beş pilləli miqyasla ölçülür: G1 - "zəif", G5 - "ekstremal güclü".

Mütəxəssislər xüsusilə həssas şəxslərin – ürək-damar xəstəlikləri olanların, hamilələrin və yaşlıları bu günlərdə diqqətli olmasını tövsiyə edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
baku.ws

2Источники