RU

Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılışı keçirilib – FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi təşkil olunub.

Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə zabit və müəllim heyəti iştirak edib. Mərasim əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov gənc zabitləri **“leytenant” hərbi rütbəsinə layiq görülməsi münasibətilə təbrik edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Mərasim çərçivəsində məzunlara sertifikatlar təqdim olunub, kurs birincisi leytenant Rahidə Şahverdiyeva isə yaş kötüyünə rəmzi emblem vurub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin çıxışları ilə sona çatıb.

DOĞRU.AZ

image-1762850409431749499_1200x630 image-17628504091867037852_1200x630 image-17628504095149220597_1200x630

Избранный
35
18
dogru.az

10Источники