RU

Yadigar Muradovun səhhəti ilə bağlı son dəqiqə açıqlaması - 10 gündür ayılmır

“Atam reanimasiyadadır və artıq 10 gündən çoxdur ki, yatır. Ona sepsis diaqnozu qoyulub. Həkimlər bildirir ki, bu xəstəliyin müalicəsi üçün xəstənin yatızdırılması daha məqsədəuyğundur”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
 
Atasının səhhəti barədə danışan Y. Muradov bildirib ki, aktyor hazırda süni tənəffüs aparatına qoşulub:
 
“Səhhəti ilə bağlı ciddi irəliləyiş yoxdur. Bir müddət vəziyyəti yaxşılaşsa da, sonradan yenidən pisləşdi. Hazırda bədəni çox zəifdir, qanında infeksiya yenidən aktivləşib. Antibiotiklər mikrobu məhv edə bilmir. Bu səbəbdən atamı yatızdırırlar ki, müalicə prosesi davam etsin. Biz də həkimlərimizə güvənir, ümidlə gözləyirik”, – deyə o vurğulayıb.
 
Qeyd edək ki, tanınmış aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur. O, qalxanabənzər vəz xərçəngindən əziyyət çəkir.
Избранный
10
2
moderator.az

3Источники