RU

Pakistanda dəhşətli PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Pakistanda məhkəmə yaxınlığında partlayış olub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İslamabadda məhkəmə yaxınlığında baş verən partlayış nəticəsində 9 nəfər həlak olub, 21 nəfər isə yaralanıb. Hadisə yerində avtomobil alovlanıb.

Polis ilkin açıqlamada partlayışın qaz balonundan qaynaqlandığı ehtimalını irəli sürsə də, partlayışın şiddəti və cəsədlər səbəbindən hadisənin dəqiq səbəbi hələ də araşdırılır.

Hadisə ilə bağlı təhlükəsizlik qüvvələri bölgədə əməliyyatlara başlayıb.


Bizim.Media

Избранный
27
2
bizim.media

3Источники