RU

Abbas Lisani saxlanıldı 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu

ain.az bildirir, Bakupost portalına istinadən.

Tehranda Evin zindanının qarşısında etiraz edən ailələrə dəstək üçün aksiyaya qoşulan dörd güneyli soydaşımız – Abbas Lisani, Behzad Dəşti, Ayət Xeyrci və Yusif Kari rejim qüvvələri tərəfindən saxlanılıb.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, həbsxanada siyasi məhbusların aclıq aksiyası 14-cü gündür davam edir. Aksiya keçirən Ayaz Amani, Vədud Əsədi və Tahir Nəqəvinin ailələri isə 4 gündür Evin zindanının qarşısında oturaq aksiyaya davam edirlər. Ailələrin etirazına bir çox digər soydaşlarımız da qoşulub.İki gün öncə tanınmış milli fəal Abbas Lisani xəbərdarlıq etmişdi ki, əgər aclıq aksiyası keçirən məhbusların tələbləri yerinə yetirilməsə, özü və digər fəallar da etirazlara qatılacaqlar.Bu gün isə onun da daxil olduğu dörd nəfər Ərdəbildən Tehrana gələrək etirazlara qoşulduqları zaman rejim qüvvələri tərəfindən həbs olunublar.

Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
www.bakupost.az

1Источники