RU

Almaniyada siyasətçilərə qarşı sui-qəsd planları hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib

Berlin, 11 noyabr, AZƏRTAC

Almaniyanın Dortmund şəhərində siyasətçilərə qarşı sui-qəsdlər təşkil etməyə dair çağırışlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Federal Prokurorluq məlumat yayıb. Onun Federal Kriminal Agentliyi və Federal Polisin xüsusi qüvvələri tərəfindən həbs olunduğu bildirilib. Şübhəli şəxsə qarşı terrorizmin maliyyələşdirilməsi, dövlətə qarşı ağır zorakı cinayət törətməyə təşviq etmə və şəxsi məlumatların təhlükəli şəkildə yayılması ittihamları irəli sürülüb.

Məlumatda qeyd olunub ki, o, iyundan etibarən “Darknet” şəbəkəsində Almaniyada tanınmış siyasətçilərə, vəzifə sahiblərinə və ictimaiyyətdə tanınmış şəxslərə qarşı sui-qəsdlər törətməyə dair çağırışlar edib. Həmin şəxs anonim şəkildə idarə etdiyi platformada adlı siyahılar, özü tərəfindən verilmiş ölüm hökmünə dair açıqlamalar və partlayıcı qurğuların hazırlanması üzrə təlimatlar yerləşdirib. Həmçinin hədəfə alınan şəxslərin öldürülməsi üçün “mükafat” kimi nəzərdə tutulmuş kriptovalyuta ianələri tələb olunub. Platformada potensial qurbanların həssas şəxsi məlumatları da yerləşdirilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
11
2
azertag.az

3Источники