Paytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xətai rayonunda 25 yaşlı qadın sərxoş vəziyyətdə avtomobildə yatarkən ona məxsus "Jeep" markalı maşından 3000 manat oğurlanıb.
O, hadisə barədə polisə məlumat verib. Aparılan araşdırmalarla cinayəti törətməkdə şübhəli bilinən 22 yaşlı Mikayıl Quliyev müəyyən olunaraq saxlanılıb. O, qadının yolda yatmasından istifadə edərək oğurluğu törədib.
Araşdırmalar davam etdirilir.