RU

Sabiq “Barselona”lı Premyer Liqa klubunda

“Sauthempton” yayda “Barselona”dan ayrılan Oriol Romeunu heyətinə cəlb edib.

Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi azad agent statusu yeni klubuna keçib. Müqavilə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq və tərəflərin razılığı ilə daha bir il uzadıla bilər. Romeu “Sauthempton”un heyətində 2015–2022-ci illərdə də çıxış edib və bu müddətdə komandanın aparıcı oyunçularından biri olub.

İspan futbolçu 2022-ci ildə “Sauthempton”dan ayrılaraq “Jirona”ya keçib, 2023-cü ilin yayında isə yetirməsi olduğu “Barselona”ya transfer olunmuşdu.

Избранный
17
3
msport.az

6Источники