"Atamın müalicəsi davam edir, beyninin oyanmasına çalışırlar. Həkimlər sepsis diaqnozu qoyublar, konkret söz deyə bilmirlər. Vəziyyəti nə yaxşıya doğru gedir, nə də pisə, stabildir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
Yadigar Muradovun səhhəti ilə bağlı oğlundan AÇIQLAMA: Beyninin oyanmasına çalışırlar
"Həkimlər zamanla biləcəklər ki, atamın beyni oyanacaq, ya yox. Qismən süni tənəffüs aparatına qoşulub. İnfeksiya ilə bağlı müalicəsi davam edir. Gözünü hərdən açır, sonra yumur".
Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət öncə xəstəxanaya yerləşdirilib.