RU

Yığma komandamız məşqləri davam etdirir

Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək güləşçilər intensiv məşqləri davam etdirir.

Apasport.az xəbər verir ki, qadınlardan ibarət milli U-23 dünya çempionatı başa çatdıqdan sonra ilin son yarışına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.

Digər yığmalarımız isə Azərbaycan Güləş Federasiyasının təlim-məşq toplanışında son hazırlıqları keçir.

Təlim-məşq toplanışında ölkə xaricindən gəlmiş komandalar da iştirak edir. Yunan-Roma güləşçilərimiz Bolqarıstan və Əlcəzairdən olan həmkarlarıyla birgə məşq edir. Bolqarıstan millisinin heyətində son olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alıb.

Sərbəst güləşdə isə daha çox komanda - Azərbaycan, Bəheyn, Qazaxıstan və Əlcəzair İslamiadaya birgə hazırlaşır. Onlar arasında Bəhreyni təmsil edən olimpiya, dünya və 2 qat Asiya çempionu Axmed Tajudinov da var.

Qeyd edək ki, hazırlıq prosesinə noyabrın 14-də yekun vurulacaq. Növbəti gün millilər Ər-Riyada yollanacaq. İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

Güləşçimiz dünya çempionu olub

Sərbəst güləşçilərimiz dünya çempionatının finalına yüksəlib

Azərbaycanın qadın güləşçisi dünya üçüncüsü olub

3 idmançımız bürünc medal uğrunda mübarizə aparacaq

Güləşçilərimizdən Estoniyada 7 medal

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
apasport.az

2Источники