RU

Rusiyada vətəndaşlar Telegram kanallarına abunə olduqlarına görə cərimələnir

Ajans.az xəbər verir ki,bu barədə “Çe po Rostovu?” kanalı məlumat yayıb. Məlumata əsasən, qadınlar Rusiyada arzuolunmaz elan edilmiş təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunublar (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.33-cü maddəsi). Qərarlar Rostov-na-Donu Voroşilovski Rayon Məhkəməsi tərəfindən 23 oktyabrda, Bataysk Şəhər Məhkəməsi tərəfindən isə 29 oktyabrda çıxarılıb. Məhkəmə sənədlərində qeyd olunur ki, Anisimova və Zazimko kanalda “Rusiya əleyhinə hesab edilən mesajlar” da paylaşdıqları üçün məsuliyyətə cəlb ediliblər. Bununla belə, qərarların mətni hələ dərc olunmayıb və işin təfərrüatları açıqlanmayıb. “Birinci Departament” təşkilatının vəkili Yevgeni Smirnov bildirib ki, indiyə qədər “arzuolunmaz” elan edilmiş təşkilatların sosial media hesablarına abunə olduğuna görə kimsənin cəzalandırıldığı hallara rast gəlinməyib.

 

Избранный
39
Ajans.az

1Источники