RU

Səbinə Əliyeva ENOC sədri ilə uşaq hüquqlarının vəziyyətini müzakirə etdi

BAKI, 11 noyabr. TELEQRAF

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) sədri, Moldovanın Uşaq Hüquqları üzrə Xalq Müdafiəçisi Vasile Koroy ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı S.Əliyeva Azərbaycanın Ombudsman təsisatı ilə Avropa Uşaq Ombudsmanları Şəbəkəsi arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Müvəkkil ölkədə uşaq hüquqları sahəsində mövcud vəziyyət, müxtəlif kateqoriyadan olan, o cümlədən müharibədən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. Bununla yanaşı, son dövrlərdə ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi aktlarda edilmiş müvafiq dəyişikliklər və aparılan institusional islahatlar nəticəsində Azərbaycan Ombudsman təsisatının ENOC-un tam üzvü seçilməsinin əhəmiyyətini qeyd edib, ENOC-la əməkdaşlıq çərçivəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təkliflərini səsləndirib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Ombudsmanın müvafiq sahə üzrə mandatı, "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupunun fəaliyyəti, bu istiqamətdə görülən işlər, irəli sürülən təkliflər və əldə edilmiş müsbət təcrübələr barədə ətraflı məlumat verib.

ENOC sədri öz növbəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ombudsman təsisatları səviyyəsində uşaq hüquqları sahəsində əməkdaşlığın daha gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər gələcəkdə insan hüquqları, xüsusilə uşaq hüquqları sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Избранный
25
8
teleqraf.com

10Источники