RU

Onlar 83 ildir evlidir -

Dünyanın ən yaşlı cütlüyü ABŞ-nin Mayami ştatında yaşayır. Eleanor və Lyle Gittens cütlüyünün toplam 216 yaşı var. Eleanor 107, Lyle 109 yaşındadır. Metbuat.az xəbər verir ki, xoşbəxt cütlük 1942-ci ildə izdivaca girib. Onlar 83 ildir söz-söhbətsiz, dava-dalaşsiz yaşayırlar. Uzunömürlü olmalarını müxtəlif səbəblərlə izah edirlər. Əsas səbəb isə stressiz həyat yaşamalarıdır. "Neqativ enerji ötürən insanlardan uzaq oluruq", - cütlük belə deyib.
Eleanor Gittens 83 il bir evdə yaşamalarını sevginin bənzərsiz gücü ilə əlaqələndirib. Deyib ki, həyat yoldaşını sonsuz eşqlə sevir.
Eleanor və Lyle Gittens sağlam həyat tərzi keçirir, sağlam qidalanmağa üstünlük verirlər: "İdman həyatımızın vazkeçilməz məşğuliyyəti olub".

Onlar dünyanın ən yaşlı cütlüyü adını daşıdıqları üçün xoşbəxtdirlər. "Bütün dünya bizi tanıyır, hamı bizdən yazır. Çox xoşdur", -:məşhur cütlük jurnalistlərə belə deyib.

Избранный
19
1
metbuat.az

2Источники