RU

Bakıda 15 yaşlı qızı qaçıran gəncə hökm oxundu

Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc Ağstafada saxlanılıb.

Lent.az-a istinadən xəbər verir ki, 15 yaşlı Şəlalə Qasımova (ad və soyad şərtidir) Bakının Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda 25 yaşlı Orxan Xəlilovla (ad və soyad şərtidir) tanış olub. Orxan həmin salonda tatu vurur və saç kəsirmiş. Şəlalə isə salona dırnaq ustasının yanına öyrənməyə gəlirmiş. Get-gedə onların tanışlığı sevgiyə çevrilib, Orxan Şəlaləni oxuduğu peşə məktəbinə aparıb ötürürmüş.

Günlərin bir günü Orxan Şəlaləni razılıq əsasında evlənmək üçün qaçırır. Zərərçəkənin sözlərinə görə, onlar əvvəlcə Sabunçu qəsəbəsi, "bit bazarı" yaxınlığında Orxanın ailəsi ilə kirayədə qaldığı birotaqlı evə gediblər:

"Burada Orxanın atası ayrı çarpayıda, mən Orxan və anası isə bir çarpayıda yatırdıq".

Bir müddət sonra cütlük Qazax şəhərinə gedərək, orada kirayə evdə qalıb. Həmin evdə ilk dəfə təbii yolla cinsi əlaqədə olublar. Sonra isə Tovuz və Bakıda müxtəlif ünvanlarda qalıblar. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində, Orxanın qohumunun evində qalan zaman təqsirləndirilən şəxs saxlanılıb.

Orxan Xəlilovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, amma 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq) maddəsi ilə cinayət işi açılıb. Orxan istintaq zamanı ifadəsində Şəlaləni öz həyat yoldaşı kimi qəbul etdiyini və onunla barışmaq istədiyini deyib.

Zərərçəkən hər şeyin öz razılığı əsasında baş verdiyini desə də, Orxanla barışmadığını və ondan şikayətçi olduğunu bildirərək, onun ağır cəzalandırılmasını istəyib.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Orxan Xəlilov barəsində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

"Cebheinfo.az"

Избранный
18
5
cebheinfo.az

7Источники