Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənabYaşar Gülerə başsağlığı verib.
Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzayauğraması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir,yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznləbaşsağlığı verirəm.
Allah rəhmət eləsin".