RU

Azərbaycandan uçan Türkiyə hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı -YENİLƏNİB

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan rəsmiləri ilə koordinasiyalı olaraq başlanılıb".

Qəzaya uğrayan təyyarənin xüsusiyyətləri:

"Lockheed C-130 Hercules" ABŞ-ın "Lockheed Martin" şirkəti tərəfindən dizayn edilən və istehsal olunan, dörd turboprop mühərriklə təchiz edilmiş hərbi nəqliyyat təyyarələridir. Təyyarə, hazırlanmamış və ya yarı hazır hava limanlarına enib qalxa bilmək üçün nəzərdə tutulub və hərbi yük daşıma, əsgər nəqli və təxliyyə funksiyalarına malikdir. 1954-cü ildən bəri 2500-dən çox istehsal edilmiş bu təyyarələr ABŞ, Kanada, Avstraliya daxil olmaqla 60-dan çox ölkədə aktiv istifadə olunur. 74 əsgər daşımaq üçün tam təchizatlı olan bu təyyarələri Türk Hərbi Hava Qüvvələri 1963-cü ildən istifadə edir".

16.46
 
Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.
 


Избранный
54
47
7news.az

10Источники