RU

Ərdoğan: Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qalıqları üçün axtarışlar davam edir

BAKI, 11 noyabr. TELEQRAF

Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qalıqları üçün axtarışlar davam edir.

Teleqraf xəbər verir ki, Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Dövlət başçısı bildirib ki, müvafiq qurumlar qəzanın baş verdiyi ərazidə təyyarənin qalıqlarını tapmaq üçün axtarışlara davam edir:

"Qəzanı öyrəndik. Ölkənin aidiyyəti qurumları təyyarənin qalıqlarının aşkarlanması üçün iş aparır. Ümid edirik ki, bu hadisədən minimum itki ilə çıxacağıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarla birlikdədir", - Ərdoğan vurğulayıb.

Избранный
23
32
teleqraf.com

10Источники