RU

Quruyan bənddə 70 meyit üzə çıxdı – Çoxunun əl-ayağı bağlı olub

İranın Əlborz vilayətində yerləşən Kərəc su anbarının qurumasından sonra bəndin yatağında 74 insan cəsədi aşkar edilib.

Sitat.info Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, bununla bağlı məlumatı yerli “Sepidar” qəzeti yayıb. Qəzetin bildirdiyinə görə, meyitlərin çoxunun əlləri və ayaqları bağlı, bəzilərinin isə sellofan, xalça və ya kovralitə bükülmüş halda bəndə atıldığı müəyyən edilib.

Hazırda məhkəmə və təhlükəsizlik orqanları cəsədlərin şəxsiyyəti və ölüm səbəbləri barədə heç bir açıqlama verməyib.

Məlumat yayımlandıqdan bir neçə saat sonra qəzetin saytından xəbər silinib. Yerli mənbələr bunun ETTELAAT (Təhlükəsizlik) və Ədliyyə Nazirliklərinin təzyiqi nəticəsində baş verdiyini bildirir.

Xatırladaq ki, son illərdə İranda keçirilən etiraz aksiyalarından sonra onlarca şəxs itkin düşüb, dövlət qurumları isə bu şəxslərin taleyi ilə bağlı araşdırma aparmaqdan və məlumat verməkdən imtina edib.

Избранный
18
4
sitat.info

10Источники