RU

Türkiyəli nazir: “Əziz millətim, keçmiş olsun” - FOTO

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gəncədən qalxan, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan ərazisində qəzaya uğraması ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, nazir “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

O, Gürcüstan Daxili İşlər nazirinin əraziyə getdiyini qeyd edib:

“Azərbaycandan ölkəmizə gələn və Milli Müdafiə Nazirliyinə məxsus olan C130 hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını dərin üzüntü ilə öyrəndim. Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın Daxili İşlər naziri Gela Geladze ilə telefonla danışdım. Hörmətli nazir də hadisə yerinə gəlir. Əziz millətim, keçmiş olsun”.



Naibə, Bizim.Media

Избранный
27
2
bizim.media

3Источники