RU

"Oğlumla tennis oynamaq mənim üçün bir xəyal olardı”

24 dəfə “Böyük Dəbilqə” turnirinin qalibi və dünyanın dördüncü raketkası serbiyalı tennisçi Novak Cokoviç öz oğlu Stefanla tennis oynamaq arzusunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Cokoviç Pirs Morganla müsahibəsində bunları söyləyib:

“Oğlumla tennis oynamaq istəyərsənmi?”

“Düşünürəm ki, bu, bir xəyal olar.”

“Onun qələbəsinə imkan verərdin?”

“Onun arxasını qaparam (gülürəm),” – deyə Novak bildirib.

Cari mövsümdə Cokoviç ATP-250 turnirlərində İsveçrənin Cenevrə və Yunanıstanın Afina şəhərində qalib olub. Afina titulu onun peşəkar karyerasında ATP turunda 101-ci titul olub. Həmçinin serbiyalı tennisçi Avstraliya Açıq, Roland Garros, Uimbldon və ABŞ Açıq turnirlərində yarımfinal mərhələsinə qədər irəliləyib.

Избранный
41
90deqiqe.az

1Источники