RU

Səidə Bəkirqızı bu şəxsə görə hamıya ÇAĞIRIŞ ETDİ -VİDEO

Jurnalist Samir Namiqoğlunun bacısı Cəbiyeva Vüsalə Namiq qızı, artıq 1 ildir ki, T-hüceyrəli limfomanın aqressiv forması ilə mübarizə aparır. Vüsalənin yaşaması üçün təcili sümük iliyi köçürülməlidir. 

Redaktor.az manşet.az-a xəbər verir ki, hazırda tanınmış jurnalistlər, blogerlər və ictimai fəallar bu kampaniyaya qoşularaq sosial şəbəkələrdə geniş dəstək nümayiş etdirirlər. Onlar hər kəsi 38 yaşlı ananı 2 övladına bağışlamaq üçün bu mübarizədə birlik olmağa çağırırlar. "Space" televiziyasının aparıcısı, tanınmış jurnalist Səidə Bəkirqızı da yardım kampaniyasına qoşulub. 

O bildirib ki, bu əməliyyat yalnız Türkiyədə həyata keçirilə bilər və xərcin ümumi məbləği 100.000 AZN (yüz min manat) təşkil edir. Donor isə xəstə qadının qardaşı olacaq.

Bu vaxta qədər müalicə xərclərini qardaşı Samir Namiqoğlu öz hesabına qarşılayıb. Lakin qarşıda duran əməliyyat və reabilitasiya mərhələsi ailənin imkanlarını aşır. Bu səbəbdən Vüsalənin həyatını xilas etmək üçün yardım kampaniyasına start verilib.

Kapital Bank: 4169 7388 9529 7723

Rusiya Bank Kartı: 2200 7020 2194 4991

Əlaqə: Vüsalə Cəbiyeva +99450 352 93 54

 

Избранный
12
8
redaktor.az

9Источники