RU

"Belə adamlara çörək vermək, qapıya buraxmaq olmaz"

Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində adını açıqlamadığı müğənni ilə yaşadığı qalmaqaldan danışıb.

"Ölkə.az" xəbər verir ki, aparıcı bildirib ki, həmin müğənnini məclislərin birində etdiyi hərəkətə görə təhqir edib:

"Məni Fransada bir tədbirə dəvət etmişdilər. Bir müğənnini də dəvət etmələrini onlara təklif etdim. Bu söhbətdən bir müddət keçəndən sonra tanıdığım çox ziyalı, imkanlı ailə məni evlərinə qonaq çağırdı. Dedilər ki, bir müğənni var, hansı ki, səfərə mənimlə gedəcək, ona klip çəkmək istəyirik. Klip 60-70 min civarında olacaq. Bu ailə həmin pulu verib klipi çəkdirdi. Elə oldu ki, həmin müğənni ilə eyni məclisə düşdüm. Məndən həmin ailə ilə yaxın olub-olmadığımı soruşdu. Dedim, belə də. 20 nəfərin arasında həmin ailənin evində qulaq şahidi olduğu məsələni dilə gətirdi. Gör, necə səviyyəsiz, murdar adamdır ki, ona 70 min manat sərf edən bir ailənin təsadüfən evində eşitdiyi şeyi camaata danışır. Özümdən asılı olmadı, ayağa durub dedim ki, sən necə murdar məxluqsan, utanmırsan? Onu sildim, tədbir iştirakçılarına da zəng vurdum ki, o gəlirsə, mən gəlmirəm. Yaxşı etmişəm, ya yox. Amma sonda nə oldu? Nə işlər qurdusa, o, tədbirə getdi, mən gedə bilmədim. Belə şeylərdə ustadırlar. Belə adamlara çörək vermək, qapıya buraxmaq olmaz".   (Axşam.az)

Избранный
43
9
olke.az

10Источники