RU

Qan qrupu pəhrizlərinin elmi əsası varmı? - Həkim açıqladı

Qan qrupuna görə qidalanma son illər populyarlaşsa da, mütəxəssislər bu yanaşmanın elmi əsasının olmadığını bildirirlər.

E-saglam.az xəbər verir ki, Dmitri Roqaçev adına Uşaq Tibb Mərkəzinin Transfuziologiya şöbəsinin müdiri, tibb elmləri doktoru Pavel Traxtman aif.ru-ya açıqlamasında qeyd edib ki, qan qrupu ilə xüsusi qidalanma ehtiyacı və ya müəyyən xəstəliklərə meyllilik arasında sübut olunmuş əlaqə mövcud deyil.

Həkimin sözlərinə görə, insanın qan növü orqanizmin zülalları, yağları və karbohidratları necə həzm etdiyinə təsir etmir. Bu səbəbdən “qan qrupu pəhrizi” adlanan metodun effektivliyi, əgər müşahidə olunursa, sadəcə sağlam və balanslı qidalanma nəticəsində baş verir, qan qrupuna uyğunluqla bağlı deyil.

Traxtman əlavə edib ki, bu tip pəhrizlər adətən emal olunmuş qidaların azaldılması, təbii məhsulların seçilməsi və kalori balansına nəzarət sayəsində müsbət nəticə verir. Yəni nəticə qan qrupu ilə deyil, sağlam qidalanma prinsipləri ilə əlaqəlidir.

Mütəxəssis, eyni zamanda, Yaponiyada populyar olan və insanların xarakterini qan qrupuna görə müəyyən edən “ketsu-eki-qata” nəzəriyyəsini də elmi əsası olmayan mif adlandırıb. Onun fikrincə, insanın davranışı və şəxsiyyət xüsusiyyətləri qan antigenləri ilə deyil, genetika, tərbiyə və mühitlə formalaşır.

Beləliklə, həkimlər xəbərdarlıq edir: qan qrupu əsasında pəhriz seçmək sağlam qidalanma üçün elmi baxımdan əsaslı üsul sayılmır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
32
e-saglam.az

1Источники