RU

İtaliya təhlükəsizlik qüvvələri fələstinli zabitlərə təlim keçə bilər

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Roma, 11 noyabr, AZƏRTAC

İtaliya təhlükəsizlik qüvvələri fələstinli zabitlərə təlim keçmək niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.

“Yaxın Şərqdə münaqişə tamamilə bitdikdə sonra gələcəkdə Fələstin təhlükəsizlik qüvvələrinə təlim keçmək üçün Karabinieri təmin etməyə hazırıq. Lakin bunu Qəzzada və ya Rəfahda etməyəcəyik. Karabinierimizin təhlükəsizliyini təmin etmək üçün bu təlimlər yalnız xarici bir yerdə təşkil edilə bilər”, - deyə nazir vurğulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
80
azertag.az

1Источники