"Milan" yayda heyətinə qatdığı Luka Modriçi daha bir mövsüm komandada saxlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi xorvatiyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzatmaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Klub rəhbərliyi 40 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayacaq.
Qeyd edək ki, Luka Modriç yayda "Real"dan ayrıldıqdan sonra azar agent statusu ilə "Milan"a keçib. Təcrübəli oyunçu "rossonerilər"in heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.
saytlarin hazirlanmasi