RU

Qəzaya uğrayan təyyarə Azərbaycana nə vaxt gəlmişdi? TƏFƏRRÜAT

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycandan qayıdan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Moderator.az Teleqraf-ın məlumatına görə, sözügedən təyyarə Azərbaycana bu gün gəlib.

Bakı vaxtı ilə saat 12:06-da Gəncə Beynəlxalq Hava Limanına eniş edən təyyarə saat 14:20-də geri qayıtmaq üçün yenidən havaya qalxıb.

Lakin hərbi yük təyyarəsi havaya qalxdıqdan 27 dəqiqə sonra qəzaya uğrayıb. Bu, təyyarə Azərbaycan sərhədini 5 km keçəndən sonra baş verib.

Təyyarənin Türkiyənin Trabzon şəhərindən Azərbaycana gəldiyi bildirilir.

Qeyd edək ki, aidiyyəti orqanlar qəzanın bütün mümkün ehtimallarını araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
4
moderator.az

5Источники