RU

Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu

Quba rayonunda toy karvanında baş verən qəza nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb.
 

Sitat.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən  verilən məlumatda deyilir:

 
"Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə noyabrın 10-u, saat 13:10-da 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçikölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir".
Избранный
11
4
sitat.info

10Источники