RU

Türkiyənin daxili işlər naziri hadisə yerindədir - FOTO

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə aid C-130 təyyarəsinin qalıqlarının olduğu bölgəyə çatıb.

Milli.Az xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya paylaşdığı açıqlamada "Gürcüstan rəsmiləri ilə koordinasiya içində axtarış-xilasetmə işləri aparılır. Təyyarənin qalıqlarına saat 17:00 radələrində çatılıb. Şəhid olan hərbçilərimizə Allahdan rəhmət, ailələrinə və millətimizə başsağlığı diləyirəm." - deyə bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, təyyarə Azerbaycan sərhədindən təxminən 5 km məsafədə, Siqnaxi bölgəsi yaxınlığında qəzaya düşüb. Rəsmi qurumlar qeyd edir ki:

Təyyarənin radar əlaqəsi qəfildən kəsilib.

Təyyarə heç bir təcili siqnal göndərməyib.

Qəza ilə bağlı istintaq başlanıb.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
35
1
milli.az

2Источники