RU

Anasının Range Rover ini qaçırıb 12 yaşlı sevgilisini gəzdirdi VİDEO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Rusiyada 15 yaşlı yeniyetmə anasının "Range Rover"ini oğurlayıb, 12 yaşlı qızı ilə gəzintiyə çıxıb.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya, Krasnodar diyarında 15 yaşlı yeniyetmə anasına məxsus yolsuzluq avtomobilini (SUV) icazəsiz götürərək 12 yaşlı qız dostunu gəzintiyə aparıb.

Hadisə zamanı yol patrul xidməti avtomobili fərq edərək sürücüyə dayanmaq əmri verib. Lakin yeniyetmə polisə tabe olmayaraq qaçmağa cəhd göstərib.

Bir müddət sonra polis əməkdaşları avtomobili saxlayaraq hər iki yeniyetməni şöbəyə aparıblar.

15 yaşlı sürücü barəsində protokol tərtib olunub və sənədləşmə atanın iştirakı ilə həyata keçirilib.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
news.milli.az

2Источники