Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
ONN media xəbər verir ki, Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirib.
2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurub, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CİMA) strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.
Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə Departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək, Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта