RU

Balakən rayonunun yeni icra başçısı kimdir? - DOSYE

Natiq Nuşravan oğlu Ağayev Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Paytaxt.org xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Natiq Ağayev Balakən rayon icra hakimiyyətinin başçısı təyin olunub.

 

Qeyd edək ki, N.Ağayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

 

O, bu təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi vəzifəsində çalışıb və polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.

Избранный
125
2
paytaxt.org

10Источники