RU

Messi "Barselona"ya qayıdır?

"Barselona"nın prezidenti Xuan Laporta sabiq hücumçu Lionel Messinin transfer məsələsi barədə danışıb

Moderator.az xəbər verir ki, klub prezidenti bu barədə "Mundo Deportivo"ya açıqlama verib.

"Bəzi şeylər istədiyimiz kimi alınmadı. Əgər aramızdakı hörmət "görülməyənləri" düzəldə bilsəydi, bu yaxşı olardı. Messinin kluba oyunçu kimi qayıda biləcəyi barədə fərziyyələr yersizdir", - deyə Laporta qeyd edib.

Qeyd edək ki, Messi 2003-2021-ci illərdə "Barcelona"nın heyətində çıxış edib. Bu müddət ərzində hücumçu 778 matçda 672 qol vurub və 303 məhsuldar ötürmə edib. Messi 10 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya Kubokunu qazanıb və 4 dəfə Çempionlar Liqasını qazanıb.

Избранный
16
1
moderator.az

2Источники