RU

Yeni vəzifəsinə görə Baş nazir postundan azad olundu Foto

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.

Qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan MR-in Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
11
qafqazinfo.az

3Источники