RU

Özbəkistana uduzdular, DÇ yə getməyəcəklər

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət şahmat yığmaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüş keçirilib."Football-plus.az" xəbər verir ki, yığmamızın heyəti belə olub: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov idi.Təəssüf ki, yığmamız noyabrın 18–23-ü aralığında İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqə uğrunda oyunda Özbəkistana uduzub. 3-cü turda komandamız 3:1 hesabı ilə qələbə qazansa da, 4-cü qarşılaşma heç-heçə başa çatıb. Ümumi nəticədə Özbəkistan üstün olub. 2,5:1,5 hesabı ilə (oyunlarda 8,5:7,5) qalib gələn rəqib dünya çempionatına yeganə vəsiqəni əldə edib. DÇ-də Özbəkistanla yanaşı, İspaniya, Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
1
icma.az

2Источники