RU

Qəzaya uğrayan təyyarə ilə bağlı beynəlxaql araşdırma başlandı

BAKI, 13 noyabr. TELEQRAF

Gürcüstanda Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı çoxşaxəli araşdırma başlanıb.

Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, İstintaq Türkiyə və Gürcüstan hakimiyyət orqanlarının koordinasiyasında beynəlxalq komanda tərəfindən aparılır.

Hadisə yerində genişmiqyaslı axtarış-xilasetmə və texniki təhqiqat işləri davam edir. Qəza bölgəsində aparılan araşdırmalar nəticəsində təyyarənin “qara qutusu” tapılaraq ekspertizaya göndərilib. Mütəxəssislərin sözlərinə görə, cihazdan əldə ediləcək səs yazıları, uçuş göstəriciləri və rabitə məlumatları qəzanın səbəblərinin dəqiqləşdirilməsində həlledici rol oynayacaq.

TSK-ya məxsus C-130 tipli hərbi təyyarə iki gün əvvəl saat 13:20-də Azərbaycandan Türkiyəyə yola düşüb. Təyyarə qalxışdan təxminən 27 dəqiqə sonra Gürcüstan-Azərbaycan sərhədindəki Siqnaxi bölgəsində radardan itib və qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyi uçuş heyəti də daxil olmaqla, 20 hərbçinin şəhid olduğunu açıqlayıb.

Избранный
78
teleqraf.com

1Источники