Hollivud kinorejissoru Ceyms Kemeronun lentə aldığı, "Avatar" kino trilogiyasından üçüncü filmi kimi ekranlara çıxan "Avatar: alov və kül" tammetrajlı ekran əsəri kimi 3 saat 15 dəqiqə davam edəcək.
Reyting.az xəbər verir ki, bu, ABŞ-ın "Cineplex" və "AMC" kinoteatrları şəbəkələrinin yaydıqları məlumatda bildirilir.
Qeyd edək ki, adıçəkilən kinoteatrlar "Avatar: alov və kül" filminin ilk nümayiş hüququnu alan kinoteatr şəbəkələri sırasındadırlar.
Xatırladaq ki, bu ekran əsəri əvvəlki film olan "Avatar: su yolu"ndan 3 dəqiqə daha uzundur - 3 saat 12 dəqiqə. Birinci "Avatar" isə cəmi 2 saat 42 dəqiqədir.
Yeni filmin ABŞ-da nümayişi 2025-ci il dekabrın 19-da gözlənilir.
Oqtay QORÇU