RU

Naxçıvanda hansı festivallar TƏŞKİL OLUNACAQ?

“Bu il yeniliklərə başlamışıq. Yeni bir tədbirin başlanğıcını və əsasını qoyuruq. Bu, Naxçıvan şəhərində ilk dəfə keçiriləcək "Snow fest - Qış festivalı”dır”.

Bizim.Media xəbər verir ki, bu sözləri   Dövlət Turizm Agentliyinin Naxçıvan Muxtar respublikasına təşkil etdiyi "Ulu öndər Heydər Əliyevin izi ilə" adlı mediaturda Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O bildirib ki, bu tədbirin gələcək perspektivləri var:

“Həm Naxçıvana gələn turist potensialı ilə bağlı, həm də gələcək perspektivlər baxımından bu, maraqlı bir tədbir olmalıdır”. 

Prezidentin səlahiyyətli nümayəndəsi keçirilməsi nəzərdə tutulan festivallardan da  söz açıb:

“Qarşıdakı illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyət göstərəcək şirkətlər, mağazaların hər biri müxtəlif festivallarda iştirak edə biləcək. Onlar şoppinq festivalda mədəni tədbirlərin keçirilməsi üçün yer alacaqlar. Naxçıvan bunun vətəni olacaq. Klassik, caz və digər konsert festivalları da təşkil edəcəyik. Çünki, bunun üçün potensialımız var. Məsələn Naxçıvan Dövlət Universitetinin simfonik orkestri var”. 

Alçina Amilqızı, Bizim.Media

Избранный
528
12
bizim.media

10Источники