Ağstafada yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir kiŞ hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Ə. Məmmədova, 1984-cü ol təvəllüdlü G. Qarayeva, 1983-cü il təvəllüdlü N. Muğanova, 1988-ci il təvəllüdlü L. Cəlilova və 1984-cü il təvəllüdlü R. Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info