RU

ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 14, 15 və 16-da Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Избранный
34
41
azertag.az

10Источники