ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Sabunçu rayonu, Ramana Sovxoz adlanan ərazisində sakinlər yol infrastrukturunun bərbad vəziyyətindən narazıdır.
Avtosfer.az xəbər verir ki, Elşən Məhərrəmli küçəsində sürücülərin çoxu qaydaları pozaraq avtomobillərini yolun əks istiqamətində idarə edirlər. Bu isə həm piyadalar, həm də digər sürücülər üçün ciddi təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, küçədə həm yol nişanları, həm də piyada keçidləri demək olar ki, yoxdur. Nəticədə piyadalar yolu hardan gəldi keçməli olur. Küçədə hərəkət istiqamətlərini bir-birindən ayıran xətlər də çəkilmədiyi üçün sürücülərin belə qaydalara zidd formada avtomobil saxlamaları çətinliklərə səbəb olur. Ərazidəki nəqliyyat axınının çoxluğu və dar yol şəraiti vəziyyəti daha da ağırlaşdırır.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.