RU

Türkiyədə araşdırma aparılır: Qəza, yoxsa?

Türkiyədə ekspertlər Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin vurulma ehtimalını araşdırırlar.

“Cebheinfo.az” xəbər verir ki, bunu "Hürriyet" qəzetinin hökumət dairələri ilə yaxın əlaqələri olan köşə yazarı Əbdülqadir Selvi yazıb.

Onun sözlərinə görə, Türkiyə qəzaya uğrayan hərbi təyyarənin vurulma ehtimalını araşdırır.

Türkiyə Müdafiə Nazirliyi Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsinin çərşənbə axşamı Gürcüstanda qəzaya uğraması və 20 hərbçinin həlak olması barədə məlumat vermişdi. Ankara axtarış-xilasetmə əməliyyatını Tbilisi ilə əlaqəli aparıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası qəzanın səbəbinin araşdırılmasının son dərəcə diqqətlə aparılacağını bildirib.

"Təyyarəmiz qəzaya uğradı, yoxsa vuruldu? Hərtərəfli araşdırma aparılır. Həm təyyarənin qəzaya uğraması ehtimalı, həm də vurulma ehtimalı araşdırılır", - Selvi köşəsində yazıb.

O, həmçinin qeyd edib ki, Qafqaz dəyişkən bölgədir.

"Buna görə də bütün mümkün variantlar araşdırılır", - köşə yazarı əlavə edib. Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin qalıqları texniki müayinə üçün Kayseri şəhərinə aparılacaq.

"Türkiye" qəzeti cümə axşamı öz məlumatlarına istinadən xəbər verib ki, təyyarə qəzadan əvvəl heç bir siqnalı göndərməyib.

Xəzər

“Cebheinfo.az”

Избранный
11
1
cebheinfo.az

2Источники