RU

Elm və təhsil xərcləri 2026-cı ildə 14% artacaq

2026-cı il üzrə təhsil və elm xərclərinə 5 milyard manat həcmində vəsait nəzərdə tutulub. Bu barədə Maliyyə nazirinin müavini Himalay Məmişov məlumat verib.

Bu məbləğ cari illə müqayisədə 68,4 milyon manat və ya 2,3%,ötən ilin icrası ilə müqayisədə isə 658 milyon manat və ya 14,3% çoxdur.

Son beş ildə təhsil və elm sahələrinə ayrılan vəsait ümumilikdə 1,4 milyard manat və ya 35,3% artıb.

Təhsil səviyyələri üzrə bölgüyə gəlincə Məmişov bildirib ki, 2026-cı ildə
Ümumi və məktəbəqədər təhsilə 2,9 milyard manat, dövlət sifarişi ilə ali təhsil – 808,5 milyon manat, peşə və orta ixtisas təhsili – 109,7 milyon manat, təhsil üzrə məqsədli proqramlar, tədris və tətbiqi tədqiqatlara– 1,1 milyard manat ayrılacaq.

Dövlət sifarişi ilə ali təhsilin maliyyə təminatı çərçivəsində 18,5 min nəfər həssas qrupdan olan tələbənin təhsil xərcləri üçün 42 milyon manat ayrılıb.

Həmçinin aztəminatlı ailələrin ali təhsilə çıxışını genişləndirmək məqsədilə növbəti il dövlət büdcəsində 15 milyon manat əlavə vəsait nəzərdə tutulub.

N.Təbrizli

Избранный
18
2
anews.az

3Источники