RU

Aliment ödəməli olan kişilərin sayında artım var – Sədr müavini

Bakı. Trend:

Ölkədə qəbul olunmuş “Gender bərabərliyi haqqında” və “Məişətzorakılığı haqqında” qanunların icrası istiqamətində dövlətproqramları hazırlanıb və tədbirlər həyata keçirilir. Ailəsiyasətinin milli-mənəvi dəyərlərimizə əsaslanaraqformalaşdırılması da önəmli vəzifələrdəndir.

Trend xəbərverir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrarsiyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsilkomitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cıil dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanıdeyib.

Sədr müavini vurğulayıb ki, son illərdə boşanmaların sayınınartması yeni sosial problemlər yaradıb:

“Aliment ödəməli olan ata və kişilərin sayında da artım müşahidəolunur. Lakin alimentlərin ödənilməməsi, qadınların və uşaqlarınrifahına birbaşa təsir edir və bu, artıq iqtisadi zorakılıq kimiqiymətləndirilə bilər”.

S.Qəhrəmanovanın sözlərinə görə, komitə bu sahədə təhlilləraparıb və müəyyən edib ki, yerli qurumların – xüsusiləbələdiyyələrin bu istiqamətdəki işi daha datəkmilləşdirilməlidir:

“Komitənin son vaxtlar həyata keçirdiyi vacib tədbirlərdən biridə bələdiyyələrin rolunun artırılması və onların hər biri üzrə riskqrupuna daxil olan ailələrin müəyyənləşdirilməsi olub. Məişətzorakılığına məruz qalan ailələrin müəyyənləşdirilməsi, həminailələrlə işləmək və qarşısının alınması üçün qabaqlayıcıtədbirlərin görülməsi artıq yerli idarəetmə səviyyəsində dəprioritet olmalıdır”.

Избранный
39
3
az.trend.az

5Источники