RU

"BDU, ADNSU və AzTU-ya tələbə qəbulu azala bilər" - Nazir

Gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu azala bilər.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Adambaşına maliyyələşmə sisteminə 2011‑ci ildə keçid edilmişdik, amma adambaşına ayrılan vəsaitin artım sürətini bu illər ərzində təmin etməmişik. Biz kəmiyyət dəyişiklikləri aparmışıq ki, daha çox tələbə gəlsin, daha çox vəsait ayrılsın, o müəllimə maaşı üçün də olsun. Bu sistem nəticəsində artıq tələbə sayını artırmaq mümkün olub, amma keyfiyyətli kadrlar yetişdirilməsi bu zaman kölgədə qalmamalıdır. İndi bu prosesin bir az tərsini getməyə məcbur olmuşuq. Əsas məqsəd keyfiyyətin artırılmasıdır. Məsələn, gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu sayının gələcək illərdə azaldılması nəzərdə tutulur. Nəticədə bir tələbəyə düşən xərclər artacaq. Çünki orada daha yüksək keyfiyyət tələb olunur”, - nazir qeyd edib.

Избранный
20
8
redaktor.az

10Источники