RU

Deputatdan kənd təsərrüfatı ilə bağlı tənqid: “Real dəstək lazımdır”

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Kəndlinin torpağı var, amma bazarı yoxdur. Rəqəmlər göstərir ki, kənd təsərrüfatı məhsullarının satışının 70 faizdən çoxu iri tədarükçülər və topdansatış mərkəzləri vasitəsilə həyata keçirilir. Yəni bazar artıq iri fermerlərin və böyük şirkətlərin əlindədir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, kəndli 1-2 hektarda məhsul yetişdirir, amma bazara çıxa bilmir.

"Nəticədə kəndli ya məhsulunu dəyər-dəyməzinə satır, ya da elə sahədə çürüyür. Biz çox vaxt televizorda iri fermerlərin uğur hekayələrini göstəririk, amma o uğurun kölgəsində minlərlə kəndlinin zərəri, borcu və ümidsizliyi qalır.

Ən acınacaqlısı isə budur ki, bu vəziyyətdə kəndliyə deyirik: “Sənin torpağın var, sənə sosial yardım düşmür.”

Əgər o torpaq gəlir gətirmirsə, o rifah deyil, sadəcə yükdür. Gənclər torpağı deyil, şəhərdə təsadüfi iş axtarır, çünki kənddə gəlir yoxdur. Biz sual verməliyik: əgər kəndli torpağından dolana bilmirsə, bu torpaq siyasətini kim üçün qururuq? Əgər kəndli suya, bazara, dəstəyə çıxış tapmırsa, bu inkişaf strategiyaları kimə xidmət edir?

Bütün bunlar fonunda biz kəndliyə deməməliyik ki, “torpağın var, sənə yardım düşmür.” Əksinə, deməliyik: “Torpağın var, amma sənə yaşamaq üçün dəstək lazımdır.”  Sosial siyasət torpağın mülkiyyətinə görə yox, torpaqdan gəlir götürmək imkanına görə qurulmalıdır. Kəndliyə real dəstək lazımdır. Suvarma sistemlərinin daha tez bərpası və suyun ədalətli bölgüsü, kiçik fermerlər üçün satış bazarları və kooperativlərin yaradılması, məhsul alışı siyasətinin yalnız iri fermerlərə deyil, həm də yerli istehsalçılara yönəlməsi, kəndlinin istehsal xərcləri və gəlirinin balanslaşdırılması. Əks halda, kənddə torpaq qalacaq, amma kəndli qalmayacaq", - deputat bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
modern.az

10Источники