RU

Bakıda bu abidələr niyə siyahıya alınmayıb? RƏSMİ CAVAB

ain.az, Lent az portalına istinadən məlumat verir.

“Bakının abidələrlə ən zəngin küçələrdən biri olan, İslam Səfərli küçəsində siyahıya düşmüş bir çox abidələrlə yanaşı abidə statusuna malik olan və nədənsə siyahıya düşməyən abidələr də var”.

Lent.az xəbər verir ki, bunları APA-ya müsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva

O bildirib ki, tarixi abidələrin siyahıya daxil edilməsi, onların tədqiqatının aparılması, məlumatlarının araşdırılması davamlı bir prosesdir: “Buna görə də onların siyahıya daxil edilməsi prosesi gələn il də davam edəcək. İşimiz təkcə yeni aşkar edilmiş abidələri siyahıya daxil etmək deyil. Eyni zamanda, hazırkı siyahıda olan nöqsanların aradan qaldırılması məsələsi də əsas hədəfimizdir. Bu baxımdan gələn il həm də siyahıda olan nöqsanları aradan götürmək imkanımız olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
104
lent.az

1Источники